SON XƏBƏRLƏR
İlham Əliyev xidmət rəisinə rütbə, işçilərinə medal verdi

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynovla bağlı sərəncam verib.

Unikal.org xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin".

Prezident həmçinin Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər:

Ağayev İslam Məsum oğlu

Bağırov Babək Sədrəddin oğlu

Ələsgərli Nurlan Azər oğlu

Əliyev Rüfət Tofiq oğlu

Əliyev Zamir Ramiz oğlu

Xıdırov Orxan İsmayıl oğlu

Məmmədov Elçin Etibar oğlu

Məmmədova Vəfa Yaqub qızı

Mürsəliyev Elmar Mürsəli oğlu

Sadiqov Samir Hüseyn oğlu

Zeynallı Malik Bayramqulu oğlu".



Baxış sayı: 13
MÜSAHİBƏ
PROBLEM
KRİMİNAL
EKSKLÜZİV
Son Dəqiqə
IDMAN