Əjdər Ol daha bir vəzifəsini itirdi
2-07-2021, 10:52
172

Əjdər Ol daha bir vəzifəsini itirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Ol (Əjdər Cəbiyev) daha bir vəzifəsini itirib.
Unikal.org-un əldə etdiyi məlumata görə, o, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ədəbiyyat Fondunun direktoru vəzifəsindən azad edilib.
Xəbəri Azərbaycan Yazıçılar Birliyindən təsdiqləyiblər.
Qeyd edək ki, Əjdər Ol fevral ayında Səlim Müslümovun həbs edilməsindən sonra saxlanılmışdı. O, Səlim Müslümovla uzun müddət birgə işləyib və onun yaxın adamlarından biri kimi tanınıb.

Oxşar xəbərlər