Ozobiç Azərbaycan millisində
2-07-2021, 11:02
135

Ozobiç Azərbaycan millisində

"Qarabağ"ın futbolçusu Filip Ozobiç bu ilin sentyabr ayından etibarən Azərbaycan millisində çıxış edəcək.
Bu barədə Xorvatiyanın "dalmatinskiportal" saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi durumu dəyərləndirdikdən sonra millimizdən gələn təklifi qəbul etmək qərarına gəlib. Xorvatiyalı oyunçu artıq bütün hüquqi proseduralardan keçib. O, Azərbaycan vətəndaşlığı da alıb.
Qeyd edək ki, Ozobiç ölkəmizdə "Qəbələ"də də çıxış edib (2016-2018). 2018-ci ildə "Qarabağ"a transfer olunan oyunçunun Ağdam təmsilçisi ilə sözləşməsi 2023-cü ilin yayına qədərdir.

Oxşar xəbərlər